“Tesla” 1 milyon dollara yaxın ziyana düşdü

tesla-1-milyon-dollara-yaxin-ziyana-dusdu
Oxunma sayı: 1205

Amerikanın məşhur avtomobil istehsalçısı “Tesla” şirkəti 2018-ci ili zərərlə başa vurub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, şirkət tərəfindən açıqlanan hesabatda ötən ilin ümumi gəlirinin 21,5 milyard dollar olduğu vurğulanıb.

Bu isə 2017-ci ilə nisbətən 976 milyon dollar daha azdır.

“Tesla” bu səbəbdən 2019-cu ildə “Models S” və “Model X” avtomobillərinin satış həcmini azaldacağını elan edib.