“Təslim olmaq fikrində deyilik” - Svanadze

teslim-olmaq-fikrinde-deyilik
Oxunma sayı: 758

Topaz Premyer Liqasının 27-ci turunda evdə “Neftçi”yə minimal hesabla məğlub olan “İnter”in baş məşqçisi Zaur Svanadze oyunla bağlı fikirlərini bölüşüb.

“Qafqazinfo” xәbәr verir ki, gürcü mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Qol vəziyyətlərimiz olsa da, istifadə edə bilmədik. Əvvəlki kimi zədəlilərimiz var. Qarşıda bizi çətin səfər gözləyir. Çalışacağıq vəziyyəti düzəldək”.

– “Neftçi” bu il ən zəif dövrlərini keçirir. Bu komandaya qarşı oyunlarda fərqlənə bilməməyinizin səbəbi nədi?

- Kvekveskirini Qazaxıstanla oyuna çağırmışdılar. Ancaq cəmi 15 dəqiqə şans verdilər. O, komandaya qayıda bilmədi. Reys tapa bilmədi. O, bizim əsas oyunçumuz idi. Onun yoxluğu oyunumuza çox təsir etdi. Fuad Bayramovun qızdırması var idi. Nizami Hacıyevin hazır olduğunu düşünürdük. Ancaq gördük ki, hazır deyil.

- Son illərdə komanda ilk dəfə Avropa Liqasından kənarda qala bilər...

- Hələ çox oyun var. Təslim olmaq fikrində deyilik. Bu barədə danışmaq çox tezdi.

- Həkimlər Nizaminin aprelə kimi oynamamlı olduğunu demişdi. Siz isə bu gün risk edərək onu vaxtından tez oyuna buraxdız...

- Xeyr, həkimlər onu hazır olduğunu demişdilər. Məhz buna görə onu meydana buraxdım. Sabah həkim nəzarətindən keçəcək. Ondan sonra vəziyyətinə tam aydınlıq gələcək.

- Ruslan Əmircanovun ehtiyatda olmasına səbəb nə idi?

- Ruslanın ehtiyatda qalmağı limitlə bağlı idi.