“Ukraynalıların geri çəkiləcək yerləri yoxdur və biz evimizi ruslardan qoruyacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kiyev şəhər meri Vitali Kliçko “Röyters”ə onlayn müsahibəsində deyib.
"Biz təslim olmayacağıq. Geri çəkiləcək yerimiz yoxdur. Ukraynaya qarşı bu müharibədə artıq minlərlə insan həlak olub. Bu say təəssüf ki, artacaq", - Kliçko bildirib.
O vurğulayıb ki, Kiyev hakimiyyəti yetimləri Polşa və Almaniyaya təxliyə edib. "Vəziyyət gərgindir, insanlar təşvişdədir, çünki yaşayış məntəqələrinin və kritik infrastrukturun davamlı atəşə tutulması davam edir", - Kliçko qeyd edib.
Son xəbərlər
Son Xəbərlər