“Test verməyənləri qaytarırlar ki, get İstanbulda ver”

test-vermeyenleri-qaytarirlar-ki-get-istanbulda-ver
Oxunma sayı: 3326

“Yerində olmayan məmurlar çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkili turizmdən danışıb: “Turizm sahəsinin inkişafının inhisarda olduğundan xəbərsizəm. Ölkəyə gələnləri test verməyəndə geri qaytarırlar. Deyirlər qayıt get testi İstanbulda ver. Niyə? Hava limanından 10 metr aralıda test vermək mümkündür”.

Eldar Tanrıverdi