“Testlərin nəticələrindən əminik” - TƏBİB sədri

testlerin-neticelerinden-eminik
Oxunma sayı: 1701

"Sumqayıtda koronavirusun aşkar olunması üçün yeni laboratoriya fəaliyyətə başlayacaq". 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. 

O bildirib ki, xəstələrin müalicəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarəti altında həyata keçirilir: 

"Ölkəmizdə diaqnostik müayinələr davam etdirilir. Virusun müəyyən olunması üçün bütün avadanlıqlar mövcuddur. Hazırda 18 laboratoriyanın tam fəaliyyəti təmin edilib. Bugünədək 115 min test edilib. Bu rəqəmə görə Azərbaycan ön sırada olan ölkələrdəndir. Aprelin 20-də Şəkidə laboratoriya fəaliyyətə başlayıb. Aprelin 27-də Sumqayıtda belə laboratoriya işə düşəcək. Özəl sektorun bu sahədə bizə çox yaxın dəstəyi var. Bu laboratoriyaların ölkəmizə gətirilib quraşdırılmasında "Paşa Holdinq"in böyük dəstəyi var. İngiltərədə istehsal olunan reaktivlərlə analiz apardığımız üçün testlərin nəticələrindən əminik".

Murad Əhməd