“Təşviqat üçün 5509 ünvan müəyyənləşdirilib”

tesviqat-ucun-5509-unvan-mueyyenlesdirilib
Oxunma sayı: 731

“Təşviqat üçün artıq 5509 ünvan müəyyənləşdirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, artıq bu gündən sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təşviqat başlayır: “Bunun üçün şərait yaratmışıq. Artıq 5509 ünvan müəyyənləşdirilib. Hər dairə üzrə 16 qapalı ünvan var. 25-27 açıq məkanda isə namizədlər tərəfdaşlarla görüşə bilərlər”.

Fidan Etibar