“Təşvişə düşməyə heç bir səbəb yoxdur” - Gürcüstan Baş Naziri

tesvise-dusmeye-hec-bir-sebeb-yoxdur
Oxunma sayı: 1368

Gürcüstan Baş Naziri Georgi Qaxariya ötən gün ölkədə ilk koronavirus infeksiyası aşkar edildikdən sonra yanvarın 28-də yaradılan Təcili Agentliklərarası Koordinasiya Qrupunun iclasını çağırıb.

“Qafqazinfo” xəbər verir ki, şuranın ilk iclasında Baş Nazir virusun yayılmasının qarşısının alınması barədə ətraflı məlumatla tanış olub.

“Yanvarın 28-də yaradılan koordinasiya şurası aktiv şəkildə fəaliyyətini davam etdirir və bu şuranın fəal işinin nəticəsində sərhəddə ilk (koronavirus) hal qeydə alınıb. Əslində o, (yoluxmuş şəxs - red.) vətəndaşlarımızın heç biri ilə əlaqə qurmaq imkanına malik deyildi. . Bu, sərhəddə dəqiq qeydə alınan ilk hadisə idi, bunun üçün həm Səhiyyə Nazirliyinin işçilərinə, həm gömrük işçilərinə, həm də sərhədçilərə təşəkkür etmək istəyirəm.

Bundan əlavə, vətəndaşlara səslənib bildirirəm ki, koronavirusla bağlı təşvişə düşməyə heç bir səbəb yoxdur”, -deyə Qaxariya sözlərinə əlavə edib.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma faktı qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, adı açıqlanmayan 50 yaşlı şəxs bir gün əvvəl İrandan Azərbaycan vasitəsilə Tbilisiyə gedən Gürcüstan vətəndaşıdır.