Tətildən qayıdarkən aeroportda görüntüləndilər - Video

tetilden-qayidarken-aeroportda-goruntulendiler
Oxunma sayı: 8864

Türkiyənin məşhur serialı “Yalı çapkını”nın ulduzları Afra Saraçoğlu və Mert Ramazan Demir hava limanında görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir sevgili olan cütlük birlikdə jurnalistlərin suallarını cavablandırıb.

Birgə getdikləri İspaniya tətilindən qayıdan ikili istirahətin yaxşı keçdiyini bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl  Afra və Mertin gizlincə evlənməsi ilə bağlı iddialar yayılmışdı. Lakin cütlüyə yaxın mənbələr onların birlikdə olduqlarını, hələ evlənmədiklərini bildirmişdilər.