Siz bu isti günlərdə işləmək məcburiyyətində olduğunuz halda tanışlarınız sosial şəbəkələrdə bəh-bəhlə paylaşdığı istirahət kadrlarını görüb içinizdə onlara və etdiyiniz işə kin tutarsız.

Yay uzunu yataram deyə fikirləşdiyiniz halda, hələ də hər səhər tezdən çalan zəngli saatınız var.

Uzun müddət tətil verilən peşələrə qibtə ilə baxarsız. “Axı niyə müəllim olmadım?” deyə hər gün təəssüflənib 2 ay tətil kimi bir nemətin xəyalını qurarsız.

İş ilə ev arasındakı məsafə gözünüzə o dərəcədə böyük görünər ki, bir gün evdən işə getmək adı ilə çıxıb yaxınlıqdakı bir sahilə özünüzü atarsız. Onu da qeyd edək ki, əgər yaxınlıqda bir sahil tapa bilirsinizsə, siz artıq xoşbəxtsiz.

“Mən tətilə gedə bilmirəmsə, tətil mənə gəlsin” fikri belə baxanda gözəl görünür, ancaq gerçəkləşdirə bilən nadir adamlardan biri olmaq üçün yaxşıca əmək sərf etmək lazım gələcək.

Tətildən qayıdıb səyahətini bütün xırda detalları ilə sizə danışan insanları gülərək dinləmək, arada da “aaa nə gözəl, başqa nə etdin” sualını vermək kimi acı bir həyat yaşadığınız üçün kədərlənərsiz.

Bəlkə də həyatınızda ilk dəfə pulunuz olub bir yerə gedə bilməməyiniz “pul hər şey deyil” iddiasına sizi bir addım yaxınlaşdırar. Ancaq sonra pulunuz bitdiyi zaman o yaxınlaşdığınız fikirdən qaçaraq uzaqlaşarsız.

Tam "Bayram gəlir, həftəsonu ilə birləşdirib bir həftə istirahət edərəm" dediyiniz anda bayramın həftə sonu ilə üst-üstə düşdüyünü öyrənib bir xəyalına da belə əlvida deyərsiz.

Tükənmişlik sindromu sizi əhatələyər. Ətrafınıza boş nəzərlərlə baxıb başınızdan tüstü çıxacaq səviyyəyə gəlirsiz.

Aldığınız soyuq duşların sayı artar, çünki tətili xatırladan tək şey odur.

Əgər yay məktəbinə qalan bir tələbəsinizsə, vəziyyət daha ağırdır. Hamının dənizdə qaraldığı bir zamanda universitet yollarında qaralarsız. Hələ bunlar azmış kimi, bir də imtahan verəcəksiz.

Amma ən azından qarşıda hələ neçə-neçə yay tətillərinin olduğunu düşünüb onlar üçün xəyal qurmağa dəyər. Tətilsiz keçən ilin acığını gələn illərdə gözəl istirahət planları ilə çıxarmaq olar.

Günel Hacı
Son xəbərlər
Son Xəbərlər