"Qafqazinfo" Türkiyə mediasına istinadən zamanınızı səmərəli, bir o qədər də əyləncəli keçirməyiniz üçün sizə bir neçə məsləhətlə yardımçı olmaq istəyir:
İşdən çıxdığınız və ya bu gün nə edim deyə fikirləşdiyiniz zaman ən gözəl seçim dostlarla fərqli məkanda vaxt keçirmək, teatra getmək olar. Bu məqamda həm sosial şəbəkələrdə paylaşacağınız maraqlı fotolar, həm də gün sonunda yadınızda qalacaq bir neçə xatirəniz olacaq.
Sevgilinizlə Maldivlərin şəffaf sularında üzmək qədər olmasa da, sevdiyiniz sənətçinin, qrupun konserti yorğun günlərinizə başqa bir rəng qata blər.
Əgər evdən çıxmaq fikrim yoxdur deyirsinizsə, iş və dərs rejimindən vaxt tapıb baxa bilmədiyiniz filmləri izləmək kimi bir lüksunuz olduğu üçün elə də bədbəxt sayılmazsız.
Bir həftəsonunuzu muzeylər, abidələr, sənət qalereyaları üçün ayırın. Həmin günün sizə bir tətil sovqatı kimi gələcəyini görəcəksiz. Bu, həm mədəni bilikləriniz, həm də mənəvi rahatlığınız üçün sizə köməkçi olacaq.
Deyirlər, mətbəxdə keçirilən zaman həmişə əyləncəli olur. Bəlkə də vaxt keçirmək üçün bişirdiyiniz yeməklərlə mətbəximizə yeni təamlar əlavə edəcəksiniz. Xatırladaq ki, zamanla dünyanın hər yerində arzulanan yemək pizza ilk dəfə sadəcə xəmirin üzərinə yemək artıqlarının qoyulması ilə hazırlanıb.
Əgər mətbəxdəki işinizin ləzzət yox, əziyyət olacağını güman edirsinizsə, basketbol, voleybol, badminton kimi qrup oyunları stress atmağınıza bir nömrəli yardımçı olacaq.
Balaca dostlarımızı unutmayaq. Olduğumuz yerdən asılı olmayaraq heyvanlar bizə ən gözəl anları yaşada bilər. Mənəvi rahatlığınız üçün bu isti havalarda evinizin kəndarına küçə heyvanları üçün su və yemək qoysaz həm onları sevindirmiş, həm də maraqlı mənzərələrə şahid olmuş olarsız.
Qarpız, pendir, dəniz üçlüsünün olduğu ayları depresiyada keçirmək günah olar. Ona görə də, dənizdə gözəl bir yoqadan sonra özünüzə ziyafət verin.
Bütün bu saydıqlarımızla yanaşı tətili bolluca gülüşünüzlə rəngləndirin. Unutmayaq, zaman və məkan nisbi anlayışlardır, istirahətimizi özümüz yönləndirə bilməliyik.
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər