Texasda kimyəvi zavod yandı - 1 nəfər ölüb+Video+Yenilənib

texasda-kimyevi-zavod-yandi
Oxunma sayı: 1160

ABŞ-ın Texas ştatında kimyəvi zavodda güclü yanğın başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfərin yaralandığı bildirilir. Yanğının hansı səbəbdən baş verməsi bilinmir.

Qeyd edək ki, yanğın baş verən rayonda yollar bağlanıb. Çirkli hava səbəbindən isə şagirdlərə məktəb binalarını tərk etmək qadağan olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

***

Texasda zavodda baş vermiş yanğında bir nəfərin öldüyü açıqlanıb. Yaralanan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.