Texasda neft zavodunda yanğın - Yaralılar var

texasda-neft-zavodunda-yangin
Oxunma sayı: 746

ABŞ-ın Texas ştatında “ExxonMobil” şirkətinə məxsus neft emalı zavodunda güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli administrasiyanın Tvitter səhifəsində yazılıb. Alov polipropilenin saxlandığı zonaya doğru irəliləyir.

Qəza zamanı 37 nəfər yaralanıb. Şirkət rəhbərliyi havanın çirklənməsi ilə bağlı vəziyyətə nəzarət edir.