Texasda təyyarə qəzası, ölənlər var

texasda-teyyare-qezasi-olenler-var
Oxunma sayı: 701

ABŞ-ın Texas ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb. Təyyarənin pilotu elektrik avadanlıqları ilə bağlı problemi bildirdikdən sonra layner radardan itib. Onun qalıqları Kolman gölündən qərbdə tapılıb.

Ölənlərin adları dəqiqləşdirilir.