Təxirə salınan “Altın Kelebek”də yenilik

texire-salinan-altin-kelebekde-yenilik
Oxunma sayı: 2288

Üç gün sonra nüfuzlu “Altın Kelebek” mükafat mərasimi baş tutacaq.

“Qafqazinfo” xəbər verir ki, təxirə salınan tədbir fərqli formatda Kanal D və Xəzər TV-də yayımlanacaq.

Belə ki, Çağla Şıkel və Cem Davranın aparıcılıq etdiyi gecəyə qonaqlar onlayn şəkildə qatılacaq. Qalib elan olunan zaman bütün namizədlər efirə bağlanacaq və onların həyəcanı ekrana yansıyacaq.

Bundan əlavə, mükafatlar sahiblərinin evlərinə göndəriləcək.

Xatırladaq ki, mükafat gecəsi Suriyada toqquşma zamanı Türkiyə 33 şəhid verdiyi üçün ləğv olunmuşdu.

Xalq artisti Röya Ayxan, Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynallı, Oksana Rəsulova, Pərvin Abıyeva tədbirdə iştirak üçün İstanbula yola düşmüşdü.

Elçin Cəfərov, Murad Arif və Xəyyam Nisanov yarışmada iştirakdan imtina etmiş, tək bəy namizədi olan Azad Şabanov isə təşkilatçılar tərəfindən Türkiyəyə göndərilməmişdi.