Təxminən 3 min tunisli İŞİD-ə üzv olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Tunisin baş naziri Yusif Şahed “Der Spiegel” jurnalına müsahibəsində bildirib.
“Dəqiq sayı - 2929. Onların bir çoxu artıq ölüb. Bu gün terrorizmin milliyyəti yoxdur. O, qlobal problemdir”, - deyə Baş Nazir vurğulayıb.
O, Berlində terror aktı törədən Anis Anriyə görə ölkələr arasında münasibətlərin pisləşməyəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, dekarın 19-da Berlində terrorçunun yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində 12 nəfər həlak olmuşdu.
Son xəbərlər
Son Xəbərlər