“Təxribatların qarşısı vaxtında alınır”

texribatlarin-qarsisi-vaxtinda-alinir
Oxunma sayı: 778


Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, ölkədə hər hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur. M.Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin görüldüyünü, konfransların keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı xarici təxribatların qarşısını vaxtında alır. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqları qorunur.

Sonra M.Qurbanlı tədbir iştirakçılarının suallarını cavablandırıb.