Teylor Svift ağır xəstəliklə mübarizə aparır

Teylor Svift ağır xəstəliklə mübarizə aparır
Oxunma sayı: 2080

Amerikalı pop ulduz Teylor Svift ağır xəstəliklə mübarizə aparması barədə danışıb. “Qafqazinfo” bildirir ki, ifaçının səhhətilə ilə bağlı yaşadığı problemlər haqqında “Miss Americana” sənədli filmində söz açılıb. 

Məlum olub ki, 30 yaşlı artist artıq bir neçə ildir yemək pozğunluğu ilə mübarizə aparır. Müğənni etiraf edib ki, xəstəlik onun xarici görünüşü ilə bağlı yazılan mənfi şərhlərdən sonra yaranıb.

“Həmişə hansısa gözəllik standartı olur ki, sən ona çata bilmirsən. Yadımdadır, 18 yaşım olanda mənim fotom ilk dəfə jurnalın üz qabığında çıxmışdı, yanında isə yazı var idi: 18 yaşında hamilədir?”, - Teylor Svift şikayətlənib.

Svift etiraf edib ki, hərdən gün ərzində heç nə yeməyə bilərdi, qida qəbulundan sonra isə özünə ağır fiziki işlə əzab verirdi. İfaçı qida qəbulu ilə bağlı yaşadığı problemləri həmişə gizlətdiyini bildirib. “Həqiqətən də, fiziki yük böyük idi. Amma mən çox az yeyirdim”, - o danışıb.

Artıq Svift situasiyanı adlamağı bacarıb, müntəzəm qidalanır və pozitiv düşünür. Müğənninin sözlərinə görə, indi o, bədən quruluşu ilə bağlı yazılan şərhlər barədə belə düşünür: “Yox. Biz daha belə edən deyilik, çünki xəstə görünməkdənsə, kök olduğunu düşünmək daha yaxşıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi