Məşhur amerikalı müğənni Teylor Sviftin Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən konsertləri “terror” təhlükəsi narahatlığı ilə ləğv edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Vyana polisi bəzi tədbirlərə, o cümlədən Sviftin konsertlərinə “hücumlar planlaşdırdığı” iddia edilən iki nəfəri saxlayıb.
Konsertləri təşkil edən təşkilat “Barracuda Music” sosial media hesabından “Hər kəsin təhlükəsizliyi üçün planlaşdırılan 3 konserti ləğv etməkdən başqa çarəmiz yoxdur”, - açıqlamasını verib.
Açıqlamada konsert biletlərinin 10 iş günü ərzində geri qaytarılacağı bildirilib.