Tarix elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Tarixi Etnoqrafiya şöbəsinin müdiri Teymur Bünyadov dəfn olunub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Teymur Bünyadovun dəfn mərasiminə əklil göndərib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, mədəniyyət və ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak edib.
Qeyd edək ki, Teymur Bünyadov dünən axşam saatlarında dünyasını dəyişib.






Son xəbərlər
Son Xəbərlər