Teymur finala vəsiqə qazandı- - Yenilənib

teymur-finala-vesiqe-qazandi-
Oxunma sayı: 5106


“Qafqazinfo” xəbər verir ki, Kristal Zalında keçirilən yarışlarda bu gün ¼ finalın oyunları ilə yanaşı yarımfinal görüşləri də keçiriləcək. 

Bu gün Azərbaycanın 4 idmançısı meydana çıxacaq. Onlardan ikisi yarımfinala, ikisi finala çıxmaq üçün yarışacaqlar. 

56 kq-da Tayfur Əliyev həllediici görüşə vəsiqə qazanamq üçün rusiyalı Baxtova Nazirovu məğlub etməyə çalışacaq. Bu döyüş 19:30-da başlayacaq. 

75 kq çəki dərəcəsində Xaybua Musalov belaruslu Vitali Bandarenka ilə qarşılaşacaq. Bu görüşdə qələbə qazanan tərəf yarımfinala adlayacaq. Tərəflər saat 13:30-da rinqə çıxacaqlar. 

Olimpiya 3-cümüz, 81 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədov da finala adlamaq üçün bu gün rinqə çıxacaq. Onun rəqibi rusiyalı Pavel Silyaqindir. Görüş 20:15-də start götürəcək. 

Bu gün əlcək ustalarının yarışında yeganə qadın təsmilçimiz olan Yana Alekseevna da rinqə ayaq basacaq. O, yarımfinala çıxmaq üçün rusiyalı Zinaida Dobryininanı məğlub etməlidir. Qarşılaşma 12:30-da başlayacaq.

***

Yana Alekseevna  rusiyalı Zinaida Dobryininla döyüşə çıxıb. İdmançımız rəqibə 3:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

***

Növbəti boksçumuz Xaybua Musalov belaruslu Vitali Bandarenka ilə qarşılaşıb. O rəqibinə 3:0 hesabı ilə qalib gəlib. 

***

Tayfur Əliyev yarımfinal görüşünə çıxır. Onun rəqibi rusiyalı Baxtova Nazirovdur. 

***

İdmançımız 1:2 hesabı ilə uduzdu və bürünc medala yiyələndi. 

***

Teymur Məmmədov finala adlamaq üçün rinqdədir. Onun rəqibi rusiyalı Pavel Silyaqindir.

***

Görüşdə Teymur qalib gələrək finala vəsiqə qazanıb. 

Elsevər