IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb.
“Qafqazinfo” xəbər verir ki, Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.
O, yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.
Məmmədov sabah təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər