“Qafqazinfo” xəbər verir ki, bu sözləri Avropa Oyunlarında boks yarışlarında qızıl medal qazanan Teymur Məmmədov deyib. O, final görüşü və qazandığı qələbə haqqında fikirlərini bölüşüb:
“Döyüş o qədər də çətin keçmədi. Yarımfinalda rus idmançını udanda bildim ki, mən “qızılı” qazanacam. Mən hamıdan güclü idim və qızıl medalı qazandım. Bundan sonra məqsədim Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq olacaq”.
Məmmədov qələbəni doğulacaq körpəsinə həsr etdiyini bildirib:
“İnşallah, oğlum olacaq. Bu qızıl medalı ona həsr edirəm”.
Elsevər
Son xəbərlər
Son Xəbərlər