Teymur Musayevdən nazir kimi ilk - Açıqlama

teymur-musayevden-nazir-kimi-ilk
Oxunma sayı: 6756

“Bildiyiniz kimi, “omicron” ştamı geniş yayılmaqdadır. Bununla bağlı rəqəmlər artmaqdadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu yeni təyin olunan səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bununla belə, hələlik qapanma üçün əsas yoxdur:

“Karantin rejiminin sərtləşdirilməsinə əsas yoxdur. Vəziyyət nəzarət altındadır”.

O qeyd edib ki, yoluxanların təxminən 40 faizi “omicron”dur.

T.Musayev əlavə edib ki, yaxın zamanlarda “TURKOVAC” vaksininin Azərbaycanda sınaqlarına başlanılması nəzərdə tutulur.

“Vaksin hazırda Türkiyədə üçüncü mərhələdə sınaqlardadır. Azərbaycan tərəfindən də saziş imzalanıb və bu yaxınlarda həmin vaksinlərin Azərbaycanda da kliniki sınaqlarının başlanması nəzərdə tutulur”.