Teymur Rəcəbov çinli rəqibini məğlub etdi

Teymur Rəcəbov çinli rəqibini məğlub etdi
Oxunma sayı: 1357

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçirilir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinqi məğlub edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6 xal toplayıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.