Teymur Rəcəbov İddiaçılar Turnirinə qatılacaq

teymur-recebov-iddiacilar-turnirine-qatilacaq
Oxunma sayı: 1034

Azərbaycan şahmat millisinin üzvü Teymur Rəcəbov 2022-ci ildə baş tutacaq İddiaçılar Turnirində iştirak edəcək.

“Qafqazinfo” xəbər verir ki, qrossmeysterimiz yarışa 2019-cu il Dünya Kubokunun qalibi kimi dəvət alıb.

Bu barədə məlumatı Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytı yayıb.