Teymur Rəcəbov onlayn turnirdə uduzdu

teymur-recebov-onlayn-turnirde-uduzdu
Oxunma sayı: 1547

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün start götürən “Pepe Cuenca Invitational” onlayn şahmat turnirinin dörddəbir finalında məğlub olub.

“Qafqazinfo” xəbər verir ki, o, ispaniyalı rəqibi David Antona 6:7 hesabı ilə uduzub. Teymur 13 turdan 3-də, David isə 4-də qələbə qazanıb.

David Anton növbəti mərhələdə Santoş Vidit (Hindistan) – Pyotr Svidler (Rusiya) qarşılaşmasının qalibi ilə oynayacaq.

Qeyd edək ki, aprelin 15-də yarımfinal, 17-də isə final qarşılaşmaları olacaq.