Teymur Rəcəbov onluqda

teymur-recebov-onluqda
Oxunma sayı: 640

“Qafqazinfo” Apasport.az-a istinadən xəbər verir ki, planetin ən güclü 100 kişi, qadın, gənc və qız şahmatçılarının siyahısında 8 həmyerlimiz yer alıb.

Kişi qrossmeysterinin siyahısına 2843 xalla norveçli Maqnus Karlsen başçılıq edir. Onu 2821 xalla ermənistanlı Levon Aronyanla 2795 xala malik rusiyalı Vladimir Kramnik izləyir.

İlk “onluq”da Azərbaycan millisinin 1 üzvü yer alıb. Təmsilçilərimiz arasında ən yüksək göstəriciyə malik Teymur Rəcəbov 2792 xalla dünya 4-cüsüdür. Ardıcıl 4 aydır bu mövqedə möhkəmlənən şahmatçımız xal hesabında yeni Azərbaycan rekordu müəyyənləşdirib.

Qadınların reytinqində təmsilçilərimiz “100-lüy”ə daxil ola bilməyib.