Teymur Rəcəbov iddiaçılar turnirində üçüncü yeri tutdu - Yenilənib

teymur-recebov-iddiacilar-turnirinde-ucuncu-yeri-tutdu
Oxunma sayı: 3208

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportu məğlub edib. Bununla da şahmatçımız xalların sayını 7,5-ə çatdırıb.

Qeyd edək ki, yarışın başa çatmasına bir tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FIDE) iddiaçılar turnirinin qalibi olub.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

***

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirinin qalib və mükafatçıları müəyyənləşib.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov 7,5 xalla üçüncü yeri tutub. Yarışın qalibi 9,5 xalla Yan Nepomnyaşi (FIDE) olub. İkinci yeri isə 8 xalla çinli Liren Dinq tutub.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilib.