Teymur Rəcəbov superturnirdən niyə imtina etdi?

teymur-recebov-superturnirden-niye-imtina-etdi
Oxunma sayı: 1131


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.

ShamkirChess2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.

Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.