Teymur Rəcəbovdan daha bir heç-heçə

teymur-recebovdan-daha-bir-hec-hece
Oxunma sayı: 1056

Şahmat üzrə Millətlər Kubokunda dünya yığmasının tərkibində çıxış edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov daha bir heç-heçəyə imza atıb.

"Qafqazinfo" xəbər verir ki, qara fiqurlarla oynayan T.Rəcəbov ötən gün ilk görüşünü Hikaru Nakamuraya qarşı keçirib. Şahmatçımızın yer aldığı dünya yığması isə ABŞ komandasına 1,5:2,5 hesabla məğlub olub.

Turun digər oyunlarında Avropa yığması Hindistan komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib, Rusiya komandası Çin yığması ilə “sülh” bağlayıb.