Teymur Rəcəbovdan heç-heçə

teymur-recebovdan-hec-hece
Oxunma sayı: 1402

İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turniri davam edir.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda ilk görüşünü keçirib.

35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.