Teymur Rəcəbovdan Millətlər Kubokunda ilk qələbə - Yenilənib

teymur-recebovdan-milletler-kubokunda-ilk-qelebe
Oxunma sayı: 2205

Şahmat üzrə onlayn Millətlər Kubokuna start verilib.

"Qafqazinfo" xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandasına məğlub olub. Belə ki, dünya yığmasının heyətində mübarizə aparan T.Rəcəbov və FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca çinli rəqibləri ilə qarşılaşmanı heç-heçə başa vurublar. Komandanın digər üzvləri misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk mübarizədən məğlub ayrılıblar.

Turun digər oyunlarında Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.

**

Şahmat üzrə onlayn Millətlər Kubokunda qrossmeysterimiz Teymur Rəcəbovun da yer aldığı dünya yığması ilk qələbəsini qazanıb.

"Qafqazinfo" xəbər verir ki, ikinci raundda Hindistan yığması ilə mübarizə aparan dünya komandası rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Teymur Rəcəbov Vişvanatan Anand, FIDE təmsilçisi Əlirza Firuzca Pentala Harikrişna, ukraynalı Mariya Muzıçuk Hampi Koneru ilə heç-heçə ediblər. Yığmanın üzvü perulu Xorxe Korinin Başkaran Adhibanı məğlub etməsi komandanın qələbəsini təmin edib.

İkinci raundun digər oyunlarında ABŞ Rusiya yığmasını, Çin Avropa komandasını 3:1 hesabı ilə məğlub edib.