Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Beynəlxalq Şahmat Federasiyasının rəhbər heyətinin toplantısı keçirilir.
“Qafqazinfo” xəbər verir ki, görüşdə ali şahmat qurumunun məsul şəxsləri o cümlədən qitələr üzrə federasiya rəhbərləri iştirak edir.
Toplantıda şahmat üzrə İddiaçılar Turnirinin püşkatma mərasimi keçirilib. Mötəbər mərasimdə ölkəmizi Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov təmsil edib.
Püşkə əsasən Teymur Rəcəbova 4 rəqəmi qismət olub. Şahmatçımız ilk turda ağ fiqurlarla Fransa təmsilçisi Alireza Firuzcaya qarşı oynayacaq.
Xatırladaq ki, İddiaçılar Turniri iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq. Yarışda səkkiz güclü şahmatçı sırasında təmsilçimiz Teymur Rəcəbov da mübarizə aparacaq. İddiaçılar Turnirinin qalibi şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.
Son xəbərlər
Son Xəbərlər