Teymur Rəcəbovun imtina etdiyi turnir yarımçıq dayandırıldı

teymur-recebovun-imtina-etdiyi-turnir-yarimciq-dayandirildi
Oxunma sayı: 1227

Yekaterinburqda keçirilən iddiaçılar turniri yarımçıq dayandırılıb.

“Qafqazinfo” xəbər verir ki, FIDE koronavirus pandemiyasının yayılmasına görə belə qərar verib.

Qeyd edək ki, 8 şahmatçının qatıldığı yarışın 7 turu başa çatmışdı. Daha öncə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etmişdi.