Teymur Rəcəbovun rəqibləri müəyyənləşdi

teymur-recebovun-reqibleri-mueyyenlesdi
Oxunma sayı: 1534

“Champions Chess Tour” onlayn şahmat seriyasının üçüncü - “Opera Euro Rapid” mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbovun rəqibləri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, şahmatçımız fevralın 6-da start götürəcək yarışın birinci turunda ilk qarşılaşmasını Matias Blubauma (Almaniya) qarşı keçirəcək. Günün sonrakı 3 qarşılaşmasında isə amerikalı şahmatçılar Sem Şenkland, Leyner Dominqez və Polşa təmsilçisi Yan-Kşıştof Duda ilə mübarizə aparacaq.

Turnirdə 16 şahmatçı mübarizə aparacaq.

Sentyabradək davam edəcək “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq.