Teymur və Şəhriyar Dünya Kubokuna qatılacaq

teymur-ve-sehriyar-dunya-kubokuna-qatilacaq
Oxunma sayı: 1153

Rusiyanın Soçi şəhərində keçiriləcək şahmat üzrə Dünya Kubokuna qatılacaq azərbaycanlı şahmatçıların adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, iyulun 10-da start götürəcək yarışda kişilər arasında ölkəmizi Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli, Nicat Abbasov təmsil edəcək. 

Qadınların yarışında isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Gülnar Məmmədova mübarizə aparacaq.