Teymurla Şəhriyar reytinqdə gerilədi

teymurla-sehriyar-reytinqde-geriledi
Oxunma sayı: 1278

Beynəlxalq Şahmat Federasiyası yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb.

 “Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmatçıları reytinqdə geriləyib. Şəhriyar Məmmədyarov 2770 xalla 8-ci pilləyə düşüb. O, ötən ayla müqayisədə 1 pillə geriləyib.

Teymur Rəcəbov da eyni aqibətlə üzləşib. Son dünya kubokunun qalibi 2765 xalla 11-ci pilləyə düşüb. Bununla da yalnız Şəhriyar Məmmədyarov ilk “10-luq”da qalan şahmatçımız olub.