Təyyarə 122 sərnişinlə dənizə düşüb, ölənlərin 15-i uşaqdır

teyyare-122-sernisinle-denize-dusub-olenlerin-15-i-usaqdir
Oxunma sayı: 758

Ötən gün radarlardan itən Myanmaya aid hərbi-nəqliyyat təyyarəsinin qalıqları tapılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə hərbçilərin ailələrini Myanmadan Yanqona aparırdı. Ümumi sərnişin sayı 122 nəfər olub. Sərnişinlərdən14-ü ekipaj üzvü, 35-i hərbi qulluqçu və 73-ü hərbçilərin ailə üzvləri olub. Onların 15-i uşaq olub. 

Ötən gecə aparılan axtarış tədbirləri nəticəsində təyyarənin qalıqları və 10 nəfərin cəsədi dənizdən tapılıb. Cəsədlərdən 4-ü uşaqlara aiddir.