Təyyarə bileti alanların hərəkətinə belə icazə veriləcək

teyyare-bileti-alanlarin-hereketine-bele-icaze-verilecek
Oxunma sayı: 3799

Nazirlər Kabinetinin 21 iyun- 5 iyul tarixlərində tətbiq ediləcək xüsusi karantin rejimi qaydalarında təyyarə bileti alan şəxslərin necə hərəkət etməsi də müəyyən edilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, qərarda qeyd olunur ki, beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək.