Təyyarə ekipajına COVİD-19-la bağlı qoyulan tələblər dəyişdi

Təyyarə ekipajına COVİD-19-la bağlı qoyulan tələblər dəyişdi
Oxunma sayı: 2269

“Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”a dəyişiklik edilib.

"Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən,  təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Bu Qərar 2022-ci il yanvarın 24-dən qüvvəyə minir.