Təyyarə evin üstünə düşdü - Sərnişin öldü, pilot yaralandı

teyyare-evin-ustune-dusdu
Oxunma sayı: 1618

Venesuelanın Syudad-Bolivar şəhərində “Cessna” şirkətinə məxsus yüngülmotorlu təyyarə birmərtəbəli evin üstünə düşüb.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan sərnişin ölüb, yaralı pilot xəstəxanaya yerləşdirilib.

Evdə olan sakinlər xəsarət almayıblar.

Qəzanın baş vermə səbəbi araşdırılır.