Afrika ölkəsi olan Cənubi Sudanda kiçik təyyarə qəzaya uğrayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gölə düşən təyyarədə 19 nəfər ölüb, 3 nəfər isə sağ qalıb.
Xilas edilənlərdən biri 6 yaşlı uşaqdır.
Məlumata görə, təyyarə paytaxt Cubadan qalxdıqdan sonra Yirol qəsəbəsi yaxınlığında gölə düşüb.
Qəzanın səbəbləri araşdırılır.
Son xəbərlər
Son Xəbərlər