Sərnişin təyyarəsi səhvən hərbi bazaya eniş edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Cənubi Dakotada baş verib. Belə ki, Delta aviaşirkətinə məxsus , göyərtəsində 130 sərnişin olan A320 təyyarəsi səhvən ABŞ HHQ-nin Elsuort hərbi bazasında yerə enib.
Bildirilir ki, təyyarə yerə endikdən sonra sərnişinlər buraxılmayıb və salonda hərbi itlərlə yoxlamalar aparılıb. Delta aviaşirkəti isə baş verənlərə görə sərnişinlərdən üzr istəyib.
Son xəbərlər
Son Xəbərlər