Təyyarə ölü sərnişinlərə görə təcili eniş etdi

teyyare-olu-sernisinlere-gore-tecili-enis-etdi
Oxunma sayı: 4159

Şri-Lankanın Bandaranaike beynəlxalq hava limanında “Thai Airways” aviaşirkətinə məxsus layner iki ölü sərnişinə görə təcili eniş edib.

“Qafqazinfo”nun “Komsomolskaya pravda”ya istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərindən İndoneziyanın Surabaya aeroportuna uçan təyyarədə qadın və kişi sərnişinin halı qəflətən pisləşib. Bundan sonra ekipaj Kolomboda məcburi eniş istəyib. Lakin o vaxt artıq sərnişinlərin hər ikisi vəfat edib.

Onların hansı səbəbdən öldüyü barədə məlumat yoxdur.