Təyyarə qarpız tarlasına düşdü - 1 ölü, 2 yaralı

teyyare-qarpiz-tarlasina-dusdu
Oxunma sayı: 1570

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda təyyarə qəzası baş verib.

"Qafqazinfo" xəbər verir ki, tək mühərrikli təyyarənin qarpız tarlasına düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında da eyni bölgədə təlim təyyarəsi qəzaya düşmüş, iki nəfər ölmüşdü.