Efiopiya hava yollarına məxsus təyyarənin qəzaya düşməsi nəticəsində azı 12 BMT əməkdaşı ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi təşkilatdakı mənbəsinə istinadən məlumat yayıb.
Daha əvvəl sərnişinlərdən birinin BMT pasportuna sahib olduğu açıqlanmışdı.
Xatırladaq ki, sərnişin təyyarəsi radardan itərək uçuşdan 6 dəqiqə sonra qəzaya düşüb. Göyərtəsindəki 157 nəfərin hamısı ölüb.
***
“TASS” agentliyi xəbər verir ki, qəzada BMT-nin 19 əməkdaşı həlak olub. Bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (MOM) məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər