Bosniya və Herseqovinada təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Dnevni avaz” qəzetinin portalı məlumat yayıb.
İnsident Mostar şəhəri yaxınlığında qeydə alınıb. Nəticədə üçü uşaq olmaqla ümumilikdə beş nəfər dünyasını dəyişib. verib.
Daha əvvəl qəza zamanı təyyarənin quyruq hissəsindən başqa qalan hər yerinin yandığı bildirilib.
Təyyarənin düşdüyü yerdə tibb işçiləri, polis və yanğınsöndürənlər işləyir. Prokurorluq hadisənin təhqiqatını aparacaq.
Son xəbərlər
Son Xəbərlər