Təyyarə qəzasında ölən sərnişinin qohumları “Boeing”i məhkəməyə verdi

teyyare-qezasinda-olen-sernisinin-qohumlari-boeingi-mehkemeye-verdi
Oxunma sayı: 1172

Efiopiyada təyyarə qəzasında həlak olanlardan birinin qohumları “Boeing”i məhkəməyə verib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətə qarşı açılmış işin materiallarında bildirilir. Ruanda vətəndaşı Cekson Musoninin ailəsi mediaya açıqlamasında “Boeing 737 MAX” modelinin istehsalı zamanı avtopilotda texniki qüsur olduğunu və bunun da qəzaya gətirib çıxardığını deyib. Ölənin yaxınları bu xətaya görə kompensasiya ödənilməsini istəyiblər. 

Qeyd edək ki, 157 sərnişinin öldüyü qəzadan sonra dünyanın bir çox ölkələri "Boeing 737 MAX"la uçuşları dayandırıb.