Təyyarə qəzasında ölən sərnişinlərin şəxsi əşyaları tapıldı - Fotolar

teyyare-qezasinda-olen-sernisinlerin-sexsi-esyalari-tapildi
Oxunma sayı: 3373

Xəbər verdiyimiz kimi, mayın 19-da Misir hava yollarına məxsus sərnişin təyyarəsi Paris-Qahirə reysini həyata keçirən zaman havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Hava gəmisinin göyərtəsində 3-ü uşaq olmaqla 69 nəfər olub. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşlarının olduğu bildirilir.

“Qafqazinfo”nun məlumatına görə, Misir silahlı Qüvvələrinin rəsmi nümayəndəsinin “Facebook” hesabında “EgyptAir” təyyarəsinin Aralıq dənizində tapılmış dağıntılarının, xilasedici gödəkçələrin və sərnişinlərə məxsus şəxsi əşyaların fotoları yerləşdirilib.