Təyyarə qəzasında ölənlərin ailələrinə 1 milyon ödəniləcək

teyyare-qezasinda-olenlerin-ailelerine-1-milyon-odenilecek
Oxunma sayı: 2230

Rusiyanın “Şeremetyevo” Hava Limanında baş vermiş dəhşətli təyyarə qəzasının qurbanlarının ailələrinə maddi yardım göstəriləcək.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, qəzada həlak olmuş Murmansk sakinlərinin ailələrinə 1 milyon rubl (26 min AZN) ödəniləcək. Bu barədə jurnalistlərə açıqlamasında Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib.

“Bu barədə sənəd bu gün imzalanacaq”, - deyə o, söyləyib.

Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetyevo” Hava Limanına qəza enişini edən zaman yanıb. Hadisə nəticəsində göyərtədə olan 78 nəfərdən 41-i həlak olub.